"Bu il neft hasilatı 30,4 milyon ton, təbii qaz hasilatı 47,2 milyard kubmetr, ixracı isə 24,5 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır". 
Bizim.Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir” adlı tədbirdə çıxışı zamanı deyib.
Nazir əlavə edib ki, qarşıdakı illərdə yeni layihələr ixrac imkanlarımızı daha da artıracaq: 
"Bu, dövlət başçısının zənginləşdirdiyi müstəqil enerji siyasətinin zirvəsi olan Cənub Qaz Dəhlizinin inkişafı üçün də önəmlidir. Cənub Qaz Dəhlizi Azərbaycanın strateji əhəmiyyətli qaz təchizatçısı kimi etibarlı tərəfdaşlığını Avropada genişləndirəcək unikal bir layihədir. 
İki ildən artıq müddət ərzində Avropaya 21 milyard kubmetr qaz tədarük edilib. 2027-ci ildə Avropaya qaz tədarükünü iki dəfə artırmaqla 20 milyard kubmetrə çatdırmaq əsas prioritetimizdir".
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
							11:35 / 22.02.2023
							
						Azərbaycanın neft və qaz hasilatı ilə bağlı PROQNOZ
						
							
								Hazırda oxunan: Azərbaycanın neft və qaz hasilatı ilə bağlı PROQNOZ							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Azərbaycanın neft və qaz hasilatı ilə bağlı PROQNOZ							
						121868
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































