“Dünyada demokratiyalar güclənib, avtoritar rejimlər zəifləyib.Öz imperiyasını dirçəltmək istəyən diktator heç vaxt azadlıq eşqinə qalib gəlməyəcək və Ukrayna heç vaxt Rusiyanın qurbanı olmayacaq”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsinin birinci ildönümü ərəfəsində Varşavada ABŞ prezidenti Co Bayden deyib.
Bayden qeyd edib ki, Ukraynadakı müharibə ABŞ, Avropa və NATO üçün sınaq olub:
"Biz qələbəyə qədər Ukraynanı dəstəkləməyi dayandırmayacağıq”.
ABŞ prezidenti bildirib ki, Putin qalib gələ bilməyəcək və Ukraynanın müttəfiqləri ona kömək etməkdən yorulmayacaqlar:
“Putin hələ də Ukraynanı dəstəkləyəcəyimizə, birləşəcəyimizə şübhə edir. Şübhə etməsin. Biz yorulmayacağıq, geri çəkilməyəcəyik. Ukraynalıların öz ölkələrinə məhəbbəti onları qalibiyyətə aparacaq”.
Ağ Ev rəhbərinin sözlərinə görə, Qərb ölkələri Rusiyanın enerji resurslarından asılılığını azaldıb.Belə ki, Putin enerjidən silah kimi istifadə edə biləcəyini düşünürdü, amma əksinə oldu.
Bizim.Media