Ermənistan inflyasiyanın astanasındadır

Hazırda oxunan: Ermənistan inflyasiyanın astanasındadır

1218

“Ermənistan hakimiyyəti ölkəsini böhrana sürükləyir. Ölkə iqtisadi baxımdan tənəzzülünü yaşayır”.

Cənubi Koreyanın Hankuk Universitetinin professoru, politoloq Rövşən İbrahimov Bizim.Media-ya müsahibəsində Ermənistandakı  iqtisadi vəziyyətin ürəkaçan olmadığını qeyd edib.

Belə ki, Türkiyə məhsullarının idxalına qoyulan qadağalar ölkədə bahalaşmaya yol açacaq.

Hökumət oxşar addımı Gürcüstan və Ukrayna üçün də tətbiq edib. Bu da  iqtisadi böhrana təkan verəcək:

“Xüsusilə, böyük şirkətlər məhsullarını satmır, stoklayır ki, sonda daha baha qiymətə sata bilsin. Nəticədə pul vahidi dram devalyasiyaya uğrayacaq. Ümumi qiymətlərin artımı ilə də inflyasiya başlayacaq". 

Politoloq yaşananların fonunda  Paşinyan hakimiyyətinin uzunömürlü olmayacağını da diqqətə çatdırıb.

Səkinə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin