“Ziya Bünyadovun qətlini İran sifariş verib” – Cümşüd Nuriyev

Hazırda oxunan: “Ziya Bünyadovun qətlini İran sifariş verib” – Cümşüd Nuriyev

121754

Bu gün Azərbaycan şərqşünası, görkəmli alim, akademik Ziya Bünyadovun qətlə yetirildiyi gündür. O, 21 fevral 1997-ci ildə, axşam saat 18:10 radələrində yaşadığı binadan çıxarkən bıçaq və odlu silahdan açılan atəşlə qətlə yetirilib. Ziya Bünyadov qətl ediləndə 75 yaşı var idi.

Aparılan istintaq işinin nəticəsində cinayətə görə "Hizbullah” və "Ceyşaullah" təşkilatlarına bağlı 7 nəfər təqsirkar bilinib. Onlardan qətlin əsas icraçısı hesab olunan Qalib Babayev Azərbaycan-İran sərhədində öldürülüb.
Qətl hadisəsilə bağlı məhkəmənin çıxardığı hökmə əsasən Nizami Nağıyev, Mahir Zeynalov, Xanlar Cabbarov, Maarif Əliyev, Rövşən Həsənov, Qədir Abbasov, Rizvan Məmmədov, Qalib Babayev, Tariyel Ramiz oğlu Ramazanov istintaqa məlum olmayan, özlərini İran İslam Respublikası vətəndaşlan kimi təqdim edən “Məhəmməd” və “Nəsrullah” adlı şəxslərin 1993-cü ildə Azərbaycanda, o cümlədən Bakı şəhərində islam dininin müdafiəsi pərdəsi altında ağır və xüsusilə ağır cinayətlər törədilməsi məqsədi ilə yaratdıqları “Vilayəti Əl-Fəqih Hizbullah” adlı cinayətkar birliyə qəbul olunublar.

Bu cinayətkar dəstə üzvləri 1997-ci ilin yanvarında Bakıda yığıncaq keçirərək, akademik Ziya Bünyadovun xidməti, siyasi fəaliyyətinə son qoymaq qərarına gəlir. Burada qətlin həyata keçirilməsi planı qurulur.

Yığıncaqda akademikin İran müsteyidləri tərəfindən ölümünə “fətva” verildiyi vuğrulanıb. Bildirilib ki, Ziya Bünyadov islam tarixinin tərcüməsində guya kobud səhvlərə yol verib. 

Törədilən cinayət əməlilə əlaqədar olaraq Mahir Zeynalov, Xanlar Cabbarov, Maarif Əliyev, Rövşən Həsənov, Qədir Abbasov və Rizvan Məmmədov CM-nin müxtəlif maddələri ilə təqsirli biliniblər. Mahir Zeynalov ömürlük, digərləri isə müxtəlif müddətə azadıqdan məhrum etmə cəzasına məhkum olunurlar. 

Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, Ziya Bünyadovun qətlinin sifarişçisi İran olub:

“Ziya Bünyadova sui-qəsd və onun öldürülməsi böyük Azərbaycan aliminə, elminə qarşı törədilən terror hadisəsidir. Özünü şəriət dövləti elan edən İranın nümayəndələri tək ziyalı alimi deyil, həm də “Quran”ı tərcümə edən bir adamı öldürdülər.

Ziya Bünyadov heç də İran əleyhinə çıxış etməyib, o sadəcə bir ərəbşünas olaraq “Quran”ın qoyduğu qaydaları olduğu kimi izah edib. Azərbaycan xalqı ki, həmin qətli İran törədib. Sifarişçi İran idi və bu açıq terror hadisəsi olub.
İran Azərbaycana qarşı hər zaman terrordan istifadə edib. Bu hadisə də onun bariz nümunəsi olub. Səirliyimizə olan hücum da İranın terror mahiyyətini göstərən sübutdur”.

Mətləb Süleymanov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin