"Ukraynada 8 mindən çox mülki şəxs həlak olub" - BMT 

Hazırda oxunan: "Ukraynada 8 mindən çox mülki şəxs həlak olub" - BMT 

121729

Ukraynada 2022-ci il fevralın 24-dən 2023-cü il fevralın 15-dək 8 mindən çox mülki vətəndaş həlak olub, 13 mindən çoxu isə yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin ali komissarının insan hüquqları üzrə idarəsinin məruzəsində deyilir.

Qurum həlak olan və yaralananların sayının bundan xeyli çox olduğunu bildirib. Belə ki, hazırda məlumatların hamısını yoxlamaq və dəqiqləşdirmək mümkünsüzdür.

İndiyə qədər Ukraynanın 1141 yaşayış məntəqəsində ümumilikdə 21 min 293 mülki itkinin (8006 ölü və 13 min 287 yaralı) olduğu təsdiqlənib. Əhali arasında ən çox tələfat 2022-ci ilin martında müşahidə edilib – 3 min 918 ölü və 2 min 967 yaralı.
BMT, həmçinin Donetsk vilayətində 3 min 810, Xarkov vilayətində 924, Luqansk vilayətində 485 dinc sakinin hərbi əməliyyatlar nəticəsində həlak olduğunu qeydə alıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin