Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın oktyabrın 17-də Gəncəyə atdığı raket nəticəsində yaralanmış 13 yaşlı yeniyetmənin bu gün xəstəxanada vəfat etməsi ilə bağlı rəsmi “Facebook” hesabında paylaşım edib.
Bizim.Media-nın xəbərinə görə paylaşımda deyilir ki, 17 oktyabrda raket zərbəsi nəticəsində xəsarət alan Rusiya vətəndaşı, 2007-ci il təvəllüdlü Artur Mayakovun vəfat etməsi barədə Azərbaycan tərəfindən Rusiya səfirliyi məlumatlandırılıb.
Qeyd olunub ki, səfirlik Gəncə şəhərinin icra hakimiyyəti orqanları və həlak olanın qohumları ilə daim təmasdadır və onlara lazımi yardım göstərir.
«Artur Mayakov oktyabrın 24-də Azərbaycanın Gəncədə dəfn edilib. Mərasimdə Gəncənin rus icması başçısının müavini İ.V. Kalaşnikova və Gəncədəki Aleksandr Nevski kilsəsinin keşişi Ata Bartolomey iştirak ediblər».
Rusiya XİN kədərli hadisə sbəbindən Arturun ailəsi və yaxınlarına başsağlığı verib.
Bizim.Media