Bakının Xətai rayonunda "Ana fəryadı" abidəsinin yerləşdiyi parkda Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb. Parkda abadlıq, təmizlik işləri görülür, yeni güllər əkilir.
Bu barədə Bizim.Media-ya açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib. Onun sözlərinə görə hazırda ərazidə bütün park boyu mövsümi güllər əkilir:
“Hazırlıq işlərinə ayın əvvəlindən başlanıb. Öncə park xiyabana baxış keçirilib və sonra müvafiq işlərə başlanıb. İşıq sistemləri yoxlanılır və çatışmazlıqlar aradan qaldırılır. Hazırda bir sıra oturacaqlar yenilənib və işıq dirəkləri rənglənib.
Hər il olduğu kimi bu il də Xocalı prospekti boyu binaların fasadlarına, hasarlara soyqırıma aid bannerlərin vurulması və digər işlərin görülməsi nəzərdə tutulur. İşlər yekunlaşmaq üzrədir”, - deyə Pənah İmanov qeyd edib.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub.
8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:45 / 21.02.2023
Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı HAZIRLIQ işləri YEKUNLAŞIR - FOTO
Hazırda oxunan: Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı HAZIRLIQ işləri YEKUNLAŞIR - FOTO
Hazırda oxunan: Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı HAZIRLIQ işləri YEKUNLAŞIR - FOTO
121672
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.