Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın 72-ci günündə də ekofəallar ərazidən humanitar məqsədlər üçün istifadəyə şərait yaradırlar.
Bizim.Media xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 7 avtomobil aksiyanın təşkil olunduğu ərazidən maneəsiz keçib.
Aksiya ərazisindən maneəsiz keçid bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır. Laçın Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və mülki şəxslər üçün açıqdır.
Qeyd edək ki, azərbaycanlı ekofalların dinc məqsədlə təşkil etdikləri bu aksiya Qarabağda ekoloji istismara qarşı ötən ilin dekabr ayının 12-dən başlayıb.
Bizim.Media