Blinken: “Ağ Ev Türkiyənin Ermənistanla bağlı atdığı addımlara müsbət yanaşır”

Hazırda oxunan: Blinken: “Ağ Ev Türkiyənin Ermənistanla bağlı atdığı addımlara müsbət yanaşır”

121474

Xəbər verdiyimiz kimi, Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşərək birgə mətbuat konfransı keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Türkiyə mətbuatında yer alıb.

Blinken qeyd edib ki, F-16 qırıcılarının satış prosesinin tez başa çatdırılması hər iki ölkənin maraqlarına uyğundur:

“ABŞ administrasiyası F-16-ların satın alınması və modernləşdirilməsi məsələsində Türkiyə hakimiyyətinin mövqeyini fəal şəkildə dəstəkləyir”.

Çavuşoğlu isə mövzuya belə münasibət bildirib:

“Ankara F-16-ların alınması məsələsinin müəyyən şərtlərlə əlaqələndirilməsini qəbul etmir və F-35 proqramından xaric edilməsi ilə bağlı əvvəllər ödənilmiş 1,4 milyard dollar məbləğində vəsaitin qaytarılmasını gözləyir”.

Diplomatlar dünya gündəmində olan məsələlərə də toxunublar. ABŞ dövlət katibi vurğulayıb ki, Ağ Ev Türkiyənin İsrail, Yunanıstan və Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlara müsbət yanaşır.

Çavuşoğlu Blinkenə Vaşinqtonun Suriya ilə bağlı öhdəliklərini xatırladıb və PKK/YPG kürd terror qruplarının dəstəyi ilə İŞİD terrorçularına qarşı mübarizənin yanlış olduğunu vurğulayıb.
Mətbuat konfransında Türkiyə-Rusiya münasibətləri haqda da sual verilib. Türkiyənin xarici işlər naziri əminliklə bildirib ki, rəsmi Ankara Rusiya Federasiyasına müdafiə sənayesində istifadə oluna bilən məhsullar ixrac etmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin