Bu gün başlayan Geomaqnit qasırğası fevralın 22-də yenidən aktivləşəcək.
Son 24 saat ərzində Günəşin fəallığı zəif olub.
Bizim.Media xəbər verir ki, məlumat AMEA Şamaxı Astrofikia Rəsədxanasının kosmik hava durumu ilə bağlı proqnozunda yer alıb.
Qeyd olunub ki, Günəşin səthində 7 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı isə 112-dir. Alışmalara bağlı olan CME-lər (Caronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeyd olunsa da, Yerə doğru yönəlməsi gözlənilmir. Hazırda Günəşin səthində tac dəlikləri müşahidə olunur: “Günəş küləyinin sürəti bir qədər artaraq Yerin orbitində 407.2 km/san olub.
Geomaqnit sahəsinin maksimum fəallığı 18 fevralda 5Kp-ə kimi artaraq G1 səviyyəli qasırğa qeydə alınıb.
Hazırda isə Geomaqnit sahə sakitdir (1Kp).
Proqnoz dövründə (20-22 fevral) kosmik havanın aktivləşəcəyi gözlənilir. Geomaqnit sahəsinin fəallığı fevralın 17-də Günəşi tərk edən CME səbəbilə 20 fevralda Geomaqnit sahəsində G1-G2 səviyyəli qasırğa gözlənilir. 21 fevralda bir qədər sakitləşmiş Geomaqnit sahəsinin 22 fevralda müsbət qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə yenidən aktivləşəcəyi gözlənilir”.
Məlumatda bildirilib ki, qasırğa səbəbilə radiosiqnaların ötürülməsində də R1-R2 səviyyəli kəsilmə olması ehtimalı 50%, R3 səviyyəli kəsilmə olması ehtimalı isə 15% təşkil edir.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:03 / 20.02.2023
Bu gün geomaqnit sahədə qasırğa gözlənilir
Hazırda oxunan: Bu gün geomaqnit sahədə qasırğa gözlənilir
Hazırda oxunan: Bu gün geomaqnit sahədə qasırğa gözlənilir
121461
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.