Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Moskvaya səfər edib.
Bizim.Media "armenpress"ə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan XİN rəhbəri Türkiyəyə qarşı çıxışına görə istefaya göndərilir
Trəflər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə qəbul olunmuş üçtərəfli bəyanatlarının reallaşdırılmasını və erməni hərbi əsirlərin geri qaytarılmasını müzakirə edəcəklər.
A. Naqdalyan qeyd edib ki, nazirlər regional kommunikasiya və nəqliyyat xətlərinin bərpası barədə də fikir mübadiləsi aparacaqlar.
Bizim.Media