Azərbaycan Könüllü Həkimlər Assosiasiyası (AKHA) Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə Türkiyənin Kahramanmaraş şəhərində təşkil olunan səhra hospitalında artıq 7-ci gündür ki, zəlzələdən zərər çəkən insanlara təmənnasız xidmət göstərir.
Bizim.Media xəbər verir ki, fevralın 18-də AKHA tərəfindən Kahramanmaraş şəhərinin, Hacı Mustafa qəsəbəsinin sakinləri üçün ehsan verilib.
Ehsanda 400-dən çox insan iştirak edib.
Bizim.Media