MMA-nın azərbaycanlı döyüşçüsü Nazim Sadıxov qarışıq döyüş növləri üzrə ən nüfuzlu təşkilat olan UFC-də ilk döyüşünü keçirib.
Bizim.Media xəbər verir ki, onun “UFC Fight Night 209”dakı rəqibi amerikalı Evan Elder olub.
Yüngül çəkidə (70 kq) baş tutan mübarizə Sadıxovun üçüncü raundda texniki nokautla qələbəsi ilə başa çatıb. Döyüşçümüz rəqibə zərbə endirib, bundan sonra amerikalı zorla nəfəs alıb və hakim döyüşü dayandırıb.
Nazim Sadıxov Moskvada anadan olub və ABŞ-da yaşayır. O, kikboksinq üzrə 2 qat ABŞ çempionudur.
Bizim.Media