“Afterşokların sayı 6 040-a çatıb. 4-5 arası 436, 5-6 maqnitudalar arası afterşokların sayı 40 olub. Bir də 6,6 maqnitudalı təkan olub”.
Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Orhan Tatar bildirib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.
Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.
Zəlzələdə ölənlərin sayı 40 min 642 nəfərə çatıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:00 / 19.02.2023
Afterşokların sayı 6 040-a çatıb - AFAD
Hazırda oxunan: Afterşokların sayı 6 040-a çatıb - AFAD
Hazırda oxunan: Afterşokların sayı 6 040-a çatıb - AFAD
121340
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.