İlham Əliyev Azərbaycanla İran arasındakı münasibətlərin normallaşmasının şərtini AÇIQLADI - VİDEO

Hazırda oxunan: İlham Əliyev Azərbaycanla İran arasındakı münasibətlərin normallaşmasının şərtini AÇIQLADI - VİDEO

121323

Xəbər verdiyimiz kimi, fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Bizim.Media xəbər verir ki, İlham Əliyev tədbirdən sonra jurnalistlərə açıqlamasında Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan sonra Azərbaycanla İran arasındakı münasibətlərin normallaşması ehtimalına münasibət bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən “Naqorno Qarabağ” sözünə SƏRT REAKSİYA: “Azərbaycanda belə ərazi yoxdur” - VİDEO


Azərbaycan liderinin sözlərinə görə, terrorçunun hadisədən sonra İran mediasına müsahibə verməsi onun İran isteblişmentinin bəzi qolları tərəfindən göndərilənlərdən biri olduğunu göstərir:

“Həm də qəribə bu idi ki, iki gün sonra onun əqli qüsurlu olduğu tanınıb. Necə oldu ki, bu imtahanı belə tez həyata keçirə bildilər? Bu, onun ədalətdən qaça bilməsi üçün bir addım idi. Amma ən əsası odur ki, terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddarlığı törədən İran isteblişmentinin nümayəndələri ədalət qarşısında cavab versinlər. Yalnız bundan sonra münasibətlərin istənilən normallaşmasından danışmaq mümkün olacaq”.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin