“Gələcəyimizi ağ ölümdən xilas edək!” - FOTO

Hazırda oxunan: “Gələcəyimizi ağ ölümdən xilas edək!” - FOTO

121318

Qəbələ rayon icra hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının üzvləri, gənclər və məktəblilər iştirak edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, çıxış edənlər narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapdığını diqqətə çatdırıb.

Qeyd edilib ki, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması nəzərə alınaraq, narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasəti həyata keçirilir. 

Bu sahəyə dair qəbul edilən digər vacib sənədlərdən biri də“Narkotik vasitələrin, psixatrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”nın qəbul edilməsidir ki, bu strategiya da dövlətimiz tərəfindən uğurla icra edilir.  
Tədbirdə mövzuya dair film və videoçarx izlənilib. Həmçinin gənclərin müzakirəyə dair fikir və rəyləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.   


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin