Basketbol Liqasında 18-ci turun iki oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, günün ilk oyunu "Sabah BK" və "Gəncə BK" basketbolçuları arasında baş tutub.
Oyunun ilk hissəsində "Sabah BK" qalib olsa da, geri dönüş edən gəncəlilər yekunda 81-76 hesablı qələbə qazanıblar.
Ən məhsuldar basketbolçular: "Sabah BK" ( Entoni Patti - 17 xal, 10 ribaund ), "Gəncə BK" ( Cordan Endryus - 19 xal, 10 ribaund).
Günün ikinci oyununda paytaxt klubu "Neftçi İK", region komandası "Olimpik Şəki BK" basketbolçularını qəbul edib. İlk perioddan üstünlüyü əla alan paytaxt klubu yekunda 88-69 hesablı qələbəyə sevinib.
Ən məhsuldar basketbolçular: "Neftçi İK" ( Yuri Kondrakov - 29 xal, 10 ribaund), "Olimpik Şəki BK" ( Davante Kuper - 13 xal, 5 ribaund).
Qeyd edək ki, turun son oyunu 19 fevral Astara Olimpiya İdman Kompleksində "Zirvə Astara BK" - "Sərhədçi PİK" arasında baş tutacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:13 / 18.02.2023
"Gəncə" dən çətin, "Neftçi" dən asan qələbə - FOTO
Hazırda oxunan: "Gəncə" dən çətin, "Neftçi" dən asan qələbə - FOTO
Hazırda oxunan: "Gəncə" dən çətin, "Neftçi" dən asan qələbə - FOTO
121285
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.