Prezident: “Sülh müqaviləsində Qarabağ haqqında hansısa müddəa qəbuledilməzdir”

Hazırda oxunan: Prezident: “Sülh müqaviləsində Qarabağ haqqında hansısa müddəa qəbuledilməzdir”

121259

“Görüş yaxşı keçdi, məncə, konstruktiv keçdi. Bir çox məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün lazım olan şərtlər müzakirə olundu”.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 18-də Münxendə televiziya kanallarına müsahibəsində bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Münxendə televiziya kanallarına müsahibə verib - FOTO/VİDEO


Dövlətimizin başçısı ABŞ-nın Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüş haqqında sualı cavablandırarkən deyib:

“Əlbəttə ki, mən öz mövqeyimi bir daha bildirdim. Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansı müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. İndi onları incələyirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin