İsrailin Təl-Əviv şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinə bu gün yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, son yarış günündə Azərbaycan millisinin 4 üzvü mübarizəyə qoşulacaq.
90 kq-da çıxış edən Məmmədəli Mehdiyev türkmənistanlı Məmmədəli Açıldıyevlə üz-üzə gələcək.
100 kq-da yer alan Zelim Kotsoyevin rəqibi Rafael Buzakarini (Braziliya) - Tomas Brisenyo (Çili) görüşünün qalibi olacaq. 100 kq-dan yuxarı çəkidə yarışan Uşangi Kokauri Mirça Krotoriy (Rumıniya) - Freddi Fiqeroa (Çili) cütünün, Camal Qamzatxanov isə Xose Nova Alkantara (Dominikan Respublikası) - Losseni Kone (Almaniya) cütünün güclüsünü sınağa çəkəcək.
Qeyd edək ki, hələlik yığmanın aktivində bir gümüş medal var. Yeganə mükafatı 66 kq-da Orxan Səfərov qazanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:46 / 18.02.2023
Böyük Dəbilqə: Son gündə Azərbaycanın 4 cüdoçusu mübarizə aparacaq
Hazırda oxunan: Böyük Dəbilqə: Son gündə Azərbaycanın 4 cüdoçusu mübarizə aparacaq
Hazırda oxunan: Böyük Dəbilqə: Son gündə Azərbaycanın 4 cüdoçusu mübarizə aparacaq
121151
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.