NATO, Aİ və Ukrayna arasında üçtəfərli görüş KEÇİRİLƏCƏK 

Hazırda oxunan: NATO, Aİ və Ukrayna arasında üçtəfərli görüş KEÇİRİLƏCƏK 

121129

NATO, Avropa İttifaqı (Aİ) və Ukrayna arasında fevralın 21-də Brüsseldə ilk dəfə üçtəfərli görüş keçiriləcək. 

Bizim.Media “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə məlumatı NATO-nun mətbuat xidməti yayıb. 

Məlumata görə, NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borell və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba görüşəcək. 

Bildirilib ki, görüşdə tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək yollarının müzakirəsi gözlənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin