Azərbaycanlı musiqiçi “TikTok”a görə hüquq-mühafizə orqanlarına müraciət etdi - VİDEO

Hazırda oxunan: Azərbaycanlı musiqiçi “TikTok”a görə hüquq-mühafizə orqanlarına müraciət etdi - VİDEO

121079

“Bir çox insan sosial şəbəkədən istifadə edir. Etikadan kənar hərəkət etmirik ki, bizə baxan analar, bacılar var. Son zamanlar “TikTok” sosial şəbəkə platformasında gənclərin əksəriyyəti bir-birini söyür, təhqir edir və alçaldıcı hərəkətlər edir”.

Bizim.Media xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkə hesabında yayımladığı videomüraciətdə deyib.  

“TikTok” sosial şəbəkə platformasından şikayətçi olan sənətçi hüquq-mühafizə orqanlarına müraciət etdiyini açıqlayıb.  

“Mənim də orada səhifəm var. Açanda bəzən elə söyüşlər eşidirsən ki... Bu, bizim gələcək nəslin tərbiyəsinə pis təsir edir. Üzümü tuturam aidiyyatı orqanlarına. Bununla bağlı bir ölçü götürün. Azərbaycan vətəndaşı, tanınmış musiqiçi kimi xahiş edirəm, bunun qarşısını alasınız. Bu, gələcəyimizə və yeni nəslə pis örnəkdir. Müəyyən tədbir görməyinizi xahiş edirəm. Gənclərə də deyirəm ki, buna son qoyun. Bu sosial şəbəkəni işlədən qohumlarımız, analar, bacalar da var. Çox ayıbdır. Bu, bizim Azərbaycan xalqına yaraşmayan addımdır”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin