Artıq Dağlıq Qarabağın müdafiəsi barədə düşünmək lazım deyil, bunu Rusiya təmin edir, indi Ermənistanın müdafiəsinə hazırlaşmaq lazımdır. Onu Azərbaycandan necə qorumaq barədə düşünmək lazımdır.
Ermənistanı həm Türkiyə, həm Qarabağ, həm də Naxçıvan tərəfdən gələcək hücumlardan qorumaq gərəkdir.
Bizim.Media tert.am saytına istinadən məlumat verir ki, bu sözləri Moskvadakı MDB Ölkələriİnstitutunun direktor müavini, Qafqaz şöbəsinin müdiri, hərbi ekspert Vladimir Yevseyev müsahibəsində qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Müharibənin uzanması Ermənistanı milli fəlakətə aparacaqdı - Rusiyalı ekspert
Yevseyev bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin mövqeyini dəyişdirmək lazımdır. Onun fikrincə, Rusiya da bənzər bir vəziyyət yaşayıb. Bu, Çeçenistan müharibəsindən sonra baş verib:
«Rusiya müharibədə həqiqətən məğlub oldu, ancaq Rusiya daxildən toparlana bildi. İkinci müharibədə isə qalib gəldi. Biz də Rusiyanın təcrübəsini nəzərə almalıyıq. Ermənistan öz başına toplana bilər, amma hər zaman ona kömək edən bir müttəfiq var. Ermənistanı qorumaq üçün sadəcə düzgün qərarlar verməlisən, silahlı qüvvələri gücləndirməlisən».
Onun sözlərinə görə, yalnız silahlı qüvvələrin döyüş qabiliyyətinin bərpasına deyil, həm də səfərbərlik məsələsinə ciddi yanaşmaq lazımdır:
“Səfərbərlik aparmaq mümkün deyilsə, Ermənistan Respublikası ərazisinin qorunmasından danışmaq mümkün deyil, çünki hazırda Ermənistan respublikasının ərazisini müstəqil, suveren bir dövlət kimi qorumaqdan danışırıq. Bu, ən vacib məsələdir. Müəyyən addımlar atılmalıdır, Rusiyanın hər məsələdə Ermənistana köməyə hazır olduğunu söyləməliyəm”, deyə Yevseyev qeyd edib.
Bizim.Media