Ailəsi Hollivud ulduzunun sağalmaz diaqnozunu AÇIQLADI - FOTO

Hazırda oxunan: Ailəsi Hollivud ulduzunun sağalmaz diaqnozunu AÇIQLADI - FOTO

121055

Əfsanəvi Hollivud aktyoru Bryüs Uillisin alın-gicgah demensiya diaqnozu qoyulub. 

Bizim.Media xəbər verir ki, bununla bağlı aktyorun ailə üzvləri: həyat yoldaşı Emma Heminq, keçmiş həyat yoldaşı Demi Mur və qızları məlumat yayıblar. 

Sənətçinin ailəsinin sözlərinə görə, onun vəziyyəti getdikcə pisləşir və hazırda effektiv müalicə üsulları yoxdur. Belə bir diaqnozla insanlar təxminən 5-7 il yaşayır, lakin Bryüsin ailəsi ümidini itirmir. 

"Ümid edirik ki, bu, qarşıdakı illərdə onun səhhəti yaxşılığa doğru dəyişə bilər. Bryusun vəziyyəti dəyişir və ümid edirik ki, medianın diqqəti bu xəstəliyə işıq salmağa yönələcək”, - deyə Uillisin yaxınları bəyanatda bildiriblər. 
Qeyd edək ki, keçən ilin martında səhhətində yaranan problemlərə görə, Uillis, aktyorluq karyerasına son qoyub. Ona danışmağı, yazmağı və nitqi qavramağı çətinləşdirən afaziya diaqnozu qoyulub. Bu xəstəliyə dəqiq diaqnoz qoymaq üçün illər lazım ola bilər. 


Rəşad Əliyev,  Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin