"Rəşadın barəsində heç nə danışmıram, çünki onun mənə verəcəyi sual və yaxud cavabı yoxdur, indi dörd divar arasındadır".
Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Ələkbər Yasamallı Rəşad Dağlı haqqında danışarkən qeyd edib.
O bildirib ki, həbsdə olan biri haqqında hazırda danışmaq doğru sayılmaz:
"İnşallah ki, azadlığa çıxsın, nə vaxtsa görüşəcəyik, onda bir-birimizə deyəcəyimiz sözlər olacaq. Biz kişi kimi düşmənçilik edirik. Yəni bir insanın ki, cavab vermək imkanı yoxdur, mən onun haqqında nə gəldi danışa bilmərəm... Axı bu, bizə yaraşmaz", - deyə Ə.Yasamallı fikrini tamamlayıb.
Qeyd edək ki, tanınmış meyxanaçı qonşusu İsgəndər Mehdiyevi bıçaqlayaraq öldürməkdə təqsirli bilinib. Öldürülən şəxs isə meyxanaçı Ələkbər Yasamallının əmisi oğludur.
Bizim.Media