“Azərbaycandan oğurlanan 700 sənət əsəri “Ebay”da satışa çıxarılıb” – Tahir Kərimlidən SENSASİON AÇIQLAMA

Hazırda oxunan: “Azərbaycandan oğurlanan 700 sənət əsəri “Ebay”da satışa çıxarılıb” – Tahir Kərimlidən SENSASİON AÇIQLAMA

121001

“10 yanvar tarixində mədəniyyətimizlə bağlı ciddi bir hadisə baş verdi. 1999-2000-ci ildə Azərbaycandan oğurlanan 700-ə yaxın əsərin “Ebay” platformasında satışa çıxarıldığı üzə çıxdı”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Tahir Kərimli səsləndirib.

“Həmin 700 əsərdən 650-ə yaxını Səttar Bəhlulzadə, Rüstəm İbrahimbəyov kimi dahi rəssamlarımıza məxsusdur. Səttar Bəhlulzadə Azərbaycanın Van Qoqudur. Əgər həmin əsərlər Van Qoqun imzası ilə satışa çıxarılsa idi, qiyməti 18 milyon dollar olardı. Bu məsələ ilə bağlı müvafiq qurumların lazımi işləri görməsi vacibdir. Mədəniyyət sahəsində bu cür özbaşınalığın qarşısını almaq lazımdır”, - deyə deputat əlavə edib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin