Mövsümi xarakterli atmosfer çöküntülərinin intensivliyinin artması cənub bölgəsində lokal sürüşmə zonalarının aktivləşməsinə səbəb olub.
Bizim.Media "Trend.az" a istinadən xəbər verir ki, bu barədə Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.
Onun sözlərinə görə, əsasən Lənkəran və Lerikdə lokal sürüşmə zonalarının aktivləşdiyi müşahidə olunub.
"Bizə daxil olan müraciətlər əsasında həmin ərazilərdə monitorinqlər keçirilib, müvafiq ekspert rəyləri hazırlanaraq müvafiq orqanlara təqdim olunub. Mütəmadi olaraq ölkə ərazisində sürüşmə zonalarının monitorinqi aparılır. Bakı şəhərində bugünə olan məlumata görə ümumilikdə sürüşmə zonalarında ciddi aktivləşmə qeydə alınmayıb. Lakin Nübar yaşayış massivində və Masazır sahəsində zəif dinamik aktivləşmə müşahidə olunur.
Amma təhlükəli sürüşmə prosesi qeydə alınmayıb. Ölkə ərazisində 99 lokal sürüşmə sahəsinin 42-i monitorinqlərimizə cəlb olunub. Hazırda ölkə ərazisində sürüşmə zonaları ilə bağlı durum stabildir.", - deyə xidmət rəisi qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:11 / 17.02.2023
Azərbaycanda sürüşmə zonaları ilə bağlı son VƏZİYYƏT
Hazırda oxunan: Azərbaycanda sürüşmə zonaları ilə bağlı son VƏZİYYƏT
Hazırda oxunan: Azərbaycanda sürüşmə zonaları ilə bağlı son VƏZİYYƏT
120992
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.