Stoltenberq: “NATO ölkələri ilə Rusiya arasında qarşıdurma uzanmüddətli ola bilər”

Hazırda oxunan: Stoltenberq: “NATO ölkələri ilə Rusiya arasında qarşıdurma uzanmüddətli ola bilər”

120925

“NATO ölkələri ilə Rusiya arasında qarşıdurma uzanmüddətli ola bilər və bu səbəbdən alyans hadisələrin bu istiqamətdə cərəyan etməsinə hazır olmalıdır”. 

Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq “Agence France-Presse” agentliyinə açıqlamasında bildirib. 

Y.Stoltenberq qeyd edib ki, alyansa üzv olan 30 dövlət Ukraynanı dəstəkləməyə sadiqdir və onu silah-sursatla təmin etməyə hazırdır. 

O hesab edir ki, Rusiyanın qələbəsi ukraynalılar üçün faciə olacaq, həm də digər ölkələr üçün təhlükə yaradacaq və beynəlxalq mübahisələrin güc yolu ilə həll oluna biləcəyini nümayiş etdirəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin