“Qafqazın Hirosiması” adı ilə tanınan Ağdam şəhərinin indiki vəziyyətini necə əsaslandırmaq olar? Orada azərbaycanlıların tikdiyi heç nə qalmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Qiyom Oriqoninin Fransanın “Slate.fr” onlayn nəşrində dərc olunan məqaləsində deyilir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən məqalə müəllifi orada törədilən urbisiddən bəhs edib.
“Dünyanın ən çox çirkləndirilmiş ərazilərindən biri... Xarabalığa çevrilmiş, minalarla dolu olan boş kəndlər, yaşayış məntəqələri, evlər avtobusun pəncərələrinin hər iki tərəfindən görünürdü. Bir vaxtlar sakinlərindən məhrum olan evlər tədricən dağıdılıb, təbiət isə bərpa olub”, - Ağdamda, Şuşada, Füzulidə səfərdə olmuş məqalə müəllifi təəssüratlarını bölüşüb.
“Azərbaycanın geri qaytardığı ərazilər mümkün qədər tez bir zamanda ölkənin qalan hissəsinə inteqrasiya olunmalıdır. Ölkənin bununla bağlı ortaya qoyduğu enerjini və resursları nəzərə alsaq, bir neçə ay ərzində bu məqsədə nail olacağına şübhə yoxdur. Amma hələlik Şuşada yalnız minatəmizləmə işləri ilə məşğul olan komandaları əvəz edən işçilər yaşayır və texnika var”,- müəllif vurğulayıb.
Q.Oriqonin azad edilmiş ərazilərin fəal şəkildə bərpa olunduğunu əlavə edib:
“Azərbaycan Prezidenti İlham Əliyev bunu tez bir zamanda və keyfiyyətli şəkildə həyata keçirmək istəyir: Şuşa şəhərində və bütün regionda genişmiqyaslı işlər aparılır”.
O, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənovla söhbətləşib.
Ə.Həsənov qeyd edib ki, 3890 azərbaycanlı hələ də itkin düşmüş şəxs hesab olunur:
“Birinci Qarabağ müharibəsindən sonra 3190-a yaxın hərbçi və 700 mülki şəxs vətənə qayıtmayıb”.
Ə.Həsənovun sözlərinə görə, azad edilmiş ərazilərdə azərbaycanlıların kütləvi məzarlıqlarının, qalıqlarının və sümüklərinin aşkarlanması istiqamətində işlər aparılır ki, bu da belə hərbi cinayətlərin Ermənistan ordusu tərəfindən törədildiyini sübut etməyə imkan verir.
Fransalı müəllif Bakıda məhkəmə-tibbi ekspertiza mərkəzində olub və bununla bağlı təəssüratlarını da bölüşüb:
“Parlaq işıqlandırmaya baxmayaraq, burada əhvali-ruhiyyə yaxşı deyil. Otağa girən zaman onlarla laborantın skeletlərin ətrafında dolaşdığını gördük. Onlar dedilər ki, bu qalıqlar erməni barbarlığının bariz nümunəsidir”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:26 / 16.02.2023
Fransa nəşri: “Ağdamda azərbaycanlıların tikdiyi heç nə qalmayıb” - VİDEO
Hazırda oxunan: Fransa nəşri: “Ağdamda azərbaycanlıların tikdiyi heç nə qalmayıb” - VİDEO
Hazırda oxunan: Fransa nəşri: “Ağdamda azərbaycanlıların tikdiyi heç nə qalmayıb” - VİDEO
120906
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.