İsmayıllı meşəsində ağacları kəsən şəxs SAXLANILDI 

Hazırda oxunan: İsmayıllı meşəsində ağacları kəsən şəxs SAXLANILDI 

120896

İsmayıllıda meşədə ağaclar kəsilib. 

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata əsasən rayonun Quşencə kəndi ərazisindəki meşə sahəsində vələs ağaclarının kəsilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.  

Dərhal əməliyyat qrupu təşkil edilib və hadisə yerinə baxış keçirilib.  

Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin ağacların kənd sakini Coşqun Mitəlov tərəfindən kəsildiyi müəyyən edilib və onun izahatı alınıb.  

Faktla bağlı polis şöbəsində araşdırmalar başlayıb.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal- Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin