Hər tapşırığı son dəqiqəyə saxlayan BÜRCLƏR – Süründürməçiliyi sevən ÜÇLÜK 

Hazırda oxunan: Hər tapşırığı son dəqiqəyə saxlayan BÜRCLƏR – Süründürməçiliyi sevən ÜÇLÜK 

120873

Hər işi son dəqiqəyə saxlayan insanlar, yəqin ki, sizin də ətrafınızda var. Ən sadə işi görmək üçün onlara aylarla vaxt versəniz belə, həmin şəxslər son günə qədər əllərini ağdan-qaraya vurmazlar. Onlar özləri də belə olmasını istəmirlər. Lakin ya tənbəllik, ya da özlərinəinam vəziyyəti bu həddə gətirib-çıxarır.

Bəzi bürclərin nümayəndələri içərisində bu günün işini sabaha saxlayanlar üstünlük təşkil edir.

Bizim.Media həmin bürcləri təqdim edir:

Tərəzi

Qərar verənə qədər hər şeyi götür-qoy etdikləri üçün tərəzilərin hərəkətə gəlməsi xeyli zaman alır. Qərarsızlıqla nə edəcəyini bilməyən və işə başlamaq üçün aylar çəkən tərəzi üçün həyat göründüyündən də mürəkkəbdir. Adətən sevdikləri işləri olduqca tez bitirirlər. Amma tapşırıq maraqlı deyilsə, onu uzada bildikləri qədər uzadırlar. Hətta tənqidlər və tövsiyələr belə onlara kar etmirlər. Son gündə işə start verdikləri andan etibarən isə olduqca aqressiv olurlar. Həm özlərinə, həm də ətrafdakılara qarşı...

Oxatan

Uğurlarına çox arxayın olan Oxatan, "bu işi onsuz da bacararam" fəlsəfəsi ilə görməli olduğu işə başlaya bilmir. Onun nizam-intizamsızlığını və səliqəsizliyini nəzərə alsaq, bu səbəbdən sistemli işləməsi mümkün deyil. Lakin oxatanın enerjisini, səmimiyyətini asanlıqla işə verə bilmək potensialı yarımçıqlarını qısa müddətdə tamamlaya bilmələrinə imkan yaradır. Həqiqətən də, oxatanlar şanslı insanlardır. Son dəqiqədə görülən iş nə qədər səliqəsiz olsa da, oxatan bəxti sayəsində gözləniləndən qat-qat yüksək nəticə əldə edir.

Buğa

Nə qədər səbirli və praktik olsalar da, buğa bürcləri daha çox süründürməçilik və özünə rəğbətlə tanınırlar. Ona görə də bəzən buğa bürcü görməli olduqları işə başlamazdan əvvək uzun-uzadı plan qururlar. Ancaq çətin ki, o, bu proqrama əməl etsin.

Çünki erkən durmaq istəməmək, ilk növbədə xoş bir yemək yemək, özünə qulluq etmək və ya dostları ilə ünsiyyət qurmaq kimi daha çox prioritet ehtiyacları olacaq və təbii olaraq işi təxirə salmaq üçün bəhanələr tapılacaq. Amma şərtlər nə olursa olsun, işləri vaxtında təhvil verəcək, əlavə nəsə əlavə etməklə özünə uyğun keyfiyyətli nəticələr əldə edəcəklər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin