Azərbaycanın iki cüdoçusu İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqədə yarımfinala yüksəlib.
Bizim.Media xəbər verir ki, 60 kq çəki dərəcəsində Balabəy Ağayev, 66 kq-da Orxan Səfərov bu mərhələyədək irəliləməyi bacarıb.
Ağayev ardıcıl olaraq Bryan Qarboa (Ekvador) və Simone Aversanı (İtaliya) məğlub edib. Onun yarımfinaldakı rəqibi Luka Mxeidze (Fransa) olacaq. Eyni çəkidəki Turan Bayramov 1/8 finalda Salih Yıldıza (Türkiyə) yenilib.
Orxan Səfərov Xoakin Tovalyari (Argentina), David Qarsiya (İspaniya) və Denislav İvanovla (Bolqarıstan) dueldən qalib ayrılıb. Avropa çempionu finala gedən yolda Laşa Nadiradzenin (Gürcüstan) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, Böyük Dəbilqə fevralın 18-də başa çatacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:33 / 16.02.2023
İki cüdoçumuz YARIMFİNALDA - Böyük Dəbilqə
Hazırda oxunan: İki cüdoçumuz YARIMFİNALDA - Böyük Dəbilqə
Hazırda oxunan: İki cüdoçumuz YARIMFİNALDA - Böyük Dəbilqə
120855
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.