Kiyevdə İsrail səfirliyinin açılışı olacaq - Bu səbəbə görə bağlanmışdı

Hazırda oxunan: Kiyevdə İsrail səfirliyinin açılışı olacaq - Bu səbəbə görə bağlanmışdı

120816

İsrailin xarici işlər naziri Eli Koen cümə axşamı səhər Kiyevə gəlib. Onun Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İsrailin “jpost.com” saytı yayıb.

Mənbə yazır ki, Rusiyanın ötən il ölkəni işğal etməsindən sonra yüksək səviyyəli  İsrail rəsmisinin Ukraynaya ilk səfəri çərçivəsində Koen Buça, Babi Yar şəhərlərini ziyarət edəcək və Kiyevdə müharibə səbəbilə bağlanan İsrail səfirliyinin açılışını qeyd edəcək.
“Mən hərbi əməliyyatlar başlayandan sonra ilk İsrail naziri kimi Kiyevə gəldim. Ötən il ərzində İsrail Ukrayna xalqının və Ukraynanın tərəfində olub. Bu gün biz İsrailin Kiyevdəki səfirliyində İsrail bayrağını qaldıracağıq. Bu da ölkələr arasındakı münasibətləri gücləndirməyə xidmət edəcək””, deyə o, Tvitterdə yazıb.

Koen ukraynalı həmkarı Dmitri Kuleba və yəhudi icmasının üzvləri ilə də görüşəcək.

Xatırladaq ki, nazir 24 saat qatarla Polşadan Kiyevə gəlib. 

İsrail humanitar, iqtisadi və təhlükəsizlik sahələrində Ukraynaya daha çox dəstək vermək üçün ABŞ-ın təzyiqi altındadır. Ukrayna İsraildən raketlərə və pilotsuz təyyarələrə qarşı müdafiə silahlarını almaq istəyir.

İsrail Ukraynaya dəstək verməkdə Qərb müttəfiqlərindən geri qalıb və əvvəlki iki baş nazir Yair Lapid və Naftali Bennet dövründə daha neytral mövqe nümayiş etdirib.

Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətdə olan baş nazir Binyamin Netanyahunun İsraili Rusiyaya tərəf çevirəcəyi gözlənilirdi, lakin o, Ukraynanı seçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin