Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində zərər çəkənlərə kömək məqsədilə fevralın 16-da Sumqayıt şəhərindən qardaş ölkəyə növbəti humanitar yardım yola salınıb.
Bizim.Media xəbər verir ki, şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov bir neçə gün bundan əvvəl modul tipli 5 ədəd konteyner evin və 230 min manatlıq yardımın qardaş ölkəyə yola salındığını bildirib.
O deyib ki, bugünkü yardıma isə hər birində 8-10 nəfərin müvəqqəti yaşaması üçün nəzərdə tutulan daha 4 konteyner ev, 175 min manat dəyərində 31 ton müxtəlif məhsul daxildir.
Növbəti günlərdə modul tipli 14 konteyner evdən və 380 min manat dəyərində müxtəlif məhsullardan ibarət yardımın göndərilməsi nəzərdə tutulur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:46 / 16.02.2023
Sumqayıtdan Türkiyəyə növbəti humanitar yardım göndərilib – FOTO
Hazırda oxunan: Sumqayıtdan Türkiyəyə növbəti humanitar yardım göndərilib – FOTO
Hazırda oxunan: Sumqayıtdan Türkiyəyə növbəti humanitar yardım göndərilib – FOTO
120814
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.