Zəlzələdə həlak olan tələbələrdən ikisi Sumqayıtda dəfn EDİLƏCƏK

Hazırda oxunan: Zəlzələdə həlak olan tələbələrdən ikisi Sumqayıtda dəfn EDİLƏCƏK

120762

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrdən ikisi Sumqayıt şəhərində dəfn ediləcək.

Bizim.Media xəbər verir ki, zəlzələ nəticəsində həlak olan Gündüz Nəzərzadə Sumqayıt şəhər qəbirstanlığında, Hümam İsmayıllı isə Corat qəsəbəsindəki qəbirstanlığında dəfn ediləcək.

Hər iki tələbə ilə evlərində vida mərasimi keçiriləcək.

Qeyd edək ki, hadiosə nəticəsində həlak olan tələbə Samir Quliyev Gədəbəy rayonunun İnəkboğan kəndində, Şahin Vəliyev isə Gəncə şəhərində torpağa tapşırılacaq.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.
Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Türkiyədəki zəlzələdə 10 nəfər Azərbaycan vətəndaşı da həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin