"72 saat vaxtımız var"- İranlı nazir

Hazırda oxunan: "72 saat vaxtımız var"- İranlı nazir

12075

İranın səhiyyə naziri Səid Nəməki fevralın 15-də mediaya açıqlamasında koronavirusun mutasiya etmiş yeni növünə yoluxmanın təhlükəsindən və xəstəliyə yoluxma hallarının sürətlə artmasından danışıb.

Bizim.Media xəbər verir ki,nazir 15 mart tarixinə qədər xəstəliyin yayılması baxımdan ölkənin çox ağır vəziyyətlə üz-üzə olacağını bildirib:

 

MÖVZU İLƏ BAĞLI:

İranda son sutkada 83 nəfər vəfat etdi


“Fevralın ortalarından 15 marta kimi bizim üçün çox ağır olacaq".

"İndiyə qədər koronavirusa qarşı mübarizə aparmaq və ona qarşı tədbir görmək üçün iki həftə vaxt tələb olunurdu".

"Belə ki, ambulator müalicə alan xəstələrin sayının artmasından xəstəxanalara yerləşdirilən xəstələrin sayının artmasına qədər iki həftə fürsət tələb olunurdu. Lakin virusun mutasiyaya uğramış növünə qarşı bu vaxt 72 saata enib".

Daha doğrusu koronovirusun mutasiya etmiş növünə yoluxmuş şəxslərə yardım etmək üçün cəmi 72 saat vaxt lazımdır.

Təəssüflər olsun ki, hazırda koronovirusun mutasiyaya uğramış növü ölkədə yayılmağa başlayıb. Son həftələrdə isə gənclər və aşağı yaş qrupları arasında “Covid-19” yoluxma halları sürətlə artıb.

Bu isə gigiyena qaydalarına riayət olunmadığı və ictimai məsafə saxlanılmadığı təqdirdə ailələrdə yaşlı insanların yoluxmasına da səbəb ola bilər”, -deyə İranın səhiyyə naziri Səid Nəməki vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin