ABŞ dövlət katibi Antoni Blinken fevralın 16-dan 22-dək Almaniya, Türkiyə və Yunanıstana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat yayıb.
Məlumata görə, fevralın 16-da Blinken Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək. Konfrans çərçivəsində o, bir sıra görüşlər keçirəcək.
Bu görüşlərdə Ukraynanı dəstəkləmək, eləcə də zəlzələdən sonra Türkiyə və Suriyaya kömək etmək məsələləri müzakirə ediləcək.
ABŞ dövlət katibi fevralın 19-da Türkiyənin İncirlik aviabazasına, sonra isə Ankaraya gedəcək və orada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və digər rəsmi şəxslərlə görüşəcək.
Yunanıstana səfər edəcək Blinken fevralın 21-də Afinada Baş nazir Kiriakos Mitsotakis, xarici işlər naziri Nikos Dendias və müxalifət lideri Aleksis Tsiprasla görüşəcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
							08:57 / 16.02.2023
							
						ABŞ dövlət katibi Türkiyəyə gələcək
						
							
								Hazırda oxunan: ABŞ dövlət katibi Türkiyəyə gələcək							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: ABŞ dövlət katibi Türkiyəyə gələcək							
						120724
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































