Avropa Parlamenti (AP) Gürcüstanı keçmiş prezident Mixail Saakaşvilini əfv etməyə və azad etməyə çağıran qətnamə qəbul edib.
Bizim.Media RBC Ukraina-ya istinadən xəbər verir ki, bu barədə AP-nin məlumatında qeyd edilib.
MÖVZU İLƏ BAĞLI:
Həbsdə olan Saakaşvilinin SON DURUMU - VİDEO
“Onun kəskin arıqlaması və həbsdə olarkən ağır metaldan zəhərlənməsi ilə bağlı məlumatları nəzərə alan Avropa Parlamentinin deputatları Gürcüstan hakimiyyətini Saakaşvilini azad etməyə və onun xaricdə lazımi müalicə almasına icazə verməyə çağırır”, - deyə qətnamə mətnində qeyd edilib.
Avropa Parlamentinin deputatları həmçinin Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvilini keçmiş dövlət başçısını əfv etmək üçün konstitusion hüququndan istifadə etməyə səsləyiblər.
Bizim.Media