Türkiyədə baş verən dəhşətli zəlzələ sonrası bir qrup könüllü Adıyaman-Kahramanmaraş yolu üzərində yerləşən Besni ərazisində pulsuz yemək paylamağa başlayıb.
Bizim.Media xəbər verir ki, dağıntıların daha çox olduğu Kahramanmaraş yolunda, rayonun giriş və çıxış hissəsinə könüllülər səyyar kafe xidməti göstərirlər.
Aşpazlar günün 24 saatı zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak edən və zərərçəkən hər kəsə pulsuz isti yemək paylayırlar.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media