Azərbaycanlı cüdoçuların ilk rəqibləri müəyyənləşib - Böyük Dəbilqə

Hazırda oxunan: Azərbaycanlı cüdoçuların ilk rəqibləri müəyyənləşib - Böyük Dəbilqə

120650

Azərbaycan millisinin cüdoçularının İsrailin Təl-Əviv şəhərində keçiriləcək Böyük Dəbilqə turnirindəki ilk rəqibləri müəyyənləşib.

Bizim.Media xəbər verir k, yığma 7 çəki dərəcəsində 10 idmançı ilə təmsil olunacaq.

Cüdoçulardan biri 1/32 finaldan, beşi 1/16 finaldan, dördü isə 1/8 finaldan mübarizəyə başlayacaq.

Milli mötəbər yarışda performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyüklərdən ibarət yığmanın böyük məşqçisi Mehman Əzizovun rəhbərliyi altında çıxış edəcək.

60 kq

1/8 final: Balabəy Ağayev – Matan Kokolayev (İsrail)/Brayan Qarboa (Ekvador) cütünün qalibi

1/16 final: Turan Bayramov – Məhəmməd Raşnonezad (IJF)

66 kq

1/16 final: Orxan Səfərov – Xoakin Tovaqlyari (Argentina)

73 kq

1/32 final: Nurlan Osmanov – Mixeili Baxbaxaşvili (Gürcüstan)

81 kq

1/16 final: Rüstəm Orucov – Bolor-Oçir Gereltuya (Monqolustan)

1/16 final: Zelim Tçkayev – Batbold Bulqan (Monqolustan)

90 kq

1/16 final: Məmmədəli Mehdiyev – Məmmədəli Açildiyev (Türkmənistan)

100 kq

1/8 final: Zelim Kotsoyev – Rafael Buzakarini (Braziliya)/Tomas Brikeno (Çili) cütünün qalibi

+100 kq

1/8 final: Uşanqi Kokauri – Mirça Kroytoru (Rumıniya)/Freddi Fiqueroa (Edvador) cütünün qalibi

1/8 final: Camal Qamzatxanov – Xose Nova Alkantara (Dominikan)/Losseni Kone (Almaniya) cütünün qalibi

Qeyd edək ki, fevralın 16-dan 18-dək keçiriləcək Böyük Dəbilqədə 52 ölkənin 398 cüdoçusu mübarizə aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin