Kim öz həmbürcləri ilə yola gedə bilmir? – SİYAHI 

Hazırda oxunan: Kim öz həmbürcləri ilə yola gedə bilmir? – SİYAHI 

120648

İnsanlar arasında münasibətlərin uğurlu olub-olmamasından bürclərin rolunun böyük olduğunu söyləsək, yəqin ki, yanılmarıq. O da məlumdur ki, bəzi insanlar bürclərinin təsiri ilə formalaşmış xaraketləri səbəbindən heç vaxt bir-birilərilə yola gedə bilmirlər. 

Bəzi bürclər də var ki, öz həmbürcləri ilə də heç cür yol getmirlər. Xüsusən də, eqoist, qısqanc və punktual və dominant xarakterli insanların həmbürclərilə anlaşmalarında daim problemlər olur. 

Bizim.Media öz həmbürclərilə yola getməyən bürclərin siyahısını təqdim edir. 

Qoç 

“İki qoçun başı bir qazanda qaynamaz” ifadəsi bu bürcün nümayəndələri üçün tam uyğundur. Çünki qoçlar olduqca dikbaş, inadkar, məğlubiyyəti qəbul etməyən insanlardır. Bunun nəticəsində iki qoç arasında ən xırda mübahisə belə qiyamətə qədər davam edəcək dava-dalaşa çevrilə bilər.  

Əkizlər 

Bu bürclərin nümayəndələrinin ən diqqətçəkən özəllikləri qərarsızlıqlardır. Onlar dəqiqələr içərisində fikirlərini dəyişə bilirlər. Buna görə də əkizlər ən dözülməz yoldaş kimi qəbul olunurlar. İki əkizlərin yola gedə bilməməsinin ən başlıca səbəbi də məhz bu qeyri-müəyyənlikdir.  

Şir 

Şirlərin eqoist bürclər siyahısında ilk pillənin sahibi olduğu bəllidir. Onlar heç zaman özlərindən daha eqolu birini qəbul edə bilmirlər. Adətən iki şirin birlikdə olduğu məkanlarda ən diqqətçəkən sima olmaq uğrunda rəqabət başlayır. Bunu bildiyi üçün şirin öz həmbürclərini görən gözü olmur.  

Qız  

Qızlar dəqiqlikləri, başqalarının ən xırda səhvini belə böyüdüb, ciddi problemə çevirmələrilə məşhurdurlar. Eyni zamanda onlar səliqə düşkünüdürlər. Doğrudur səliqə baxımından qızlar daim özləri kimi dost, yoldaş axtarırlar və həmbürcləri bu kriteriyaya görə uğurlu namizəddir. Lakin vay o günə ki, qız başqa qıza nəyisə irad bildirə. Bununla münasibət birdəfəlik başa çatacaq. 

Əqrəb 

Əqrəblərin qısqanc və intirqaçı insanlar olduqları heç kimə sirr deyil. Onlar daima özlərini göstərmək, istəyir, məqsədlərinə nail olmaq üçün hər yola baş vurmağa hazır olurlar. İki əqrəb bir yerdə olduqda isə, iş və dost çevrəsini ikiyə parçalayan savaş başlayır. Ona görə də, mümkün qədər əqrəblərin bir araya gəlmələrinə mane olmağa çalışın. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin