"Türkiyədə zəlzələ bölgəsində çox güclü afterşoklar meydana gəlir".
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
"Zəlzələ bölgəsində çox güclü afterşoklar meydana gəlir. Qeyri-adi bir vəziyyətlə üz-üzəyik. İndiyə qədər ümumilikdə 3 min 858 afterşok qeydə alınıb. Kahramanmaraş mərkəzli zəlzələlərdə yer qabığında yerdəyişmələr 7,3 metrə qədər olub", - deyə o, əlavə edilib.
Bizim.Media