Qax rayonunda 17 yaşlı bacısı Albina Papiaşvilini qətlə yetirməkdə ittiham olunan 15 yaşlı Jora Papiaşviliyə qarşı irəli sürülmüş ittiham ağırlaşdırılıb.
Bizim.Media apa.az-a istinadən ibtidai istintaq dövründə toplanmış materiallar üzrə təqsirləndirilən şəxsin əməlində daha ağır cinayətin əlamətləri olduğu iddia olunub.
Bu əsasla Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin məcəllənin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsinə tövsif olunub.
120.2.9-cu maddənin sanksiyasında 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur. Lakin, qanuna görə, Azərbaycanda 18 yaşına çatmayan şəxslərə 10 ildən artıq cəza verilə bilməz. Təqsirləndirilən Jora Papiaşvilinin cinayət törədən zaman 15 yaşı olub. Onun təqsiri sübuta yetiriləcəyi halda maksimum 10 il azadlıqdan məhrum ediləcək.
Hadisə 2022-ci ilin noyabr ayında baş verib. Noyabrın 5-i gecə saat 19 radələrində 2005-ci il təvəllüdlü Albina Papiaşvilinin üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Qax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin qardaşı 2007-ci il təvəllüdlü Jora Papiaşvilinin bıçaqla çoxsaylı xəsarətlər yetirərək Albina Papiaşvilini yatdığı yerdə öldürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Jora Papiaşvili barəsində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:35 / 15.02.2023
Bacısını yatdığı yerdə öldürən 15 yaşlı oğlanla bağlı yeni XƏBƏR
Hazırda oxunan: Bacısını yatdığı yerdə öldürən 15 yaşlı oğlanla bağlı yeni XƏBƏR
Hazırda oxunan: Bacısını yatdığı yerdə öldürən 15 yaşlı oğlanla bağlı yeni XƏBƏR
120621
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.