Heydər Əliyev Beynəlxalq Aeroportu “gözə görünməyən” və ya “gizli” məhdudiyyətləri olan sərnişinlərə xüsusi yardım təklif edir.
Bizim.Media xəbər verir ki, Aeroportdan Azərtac-a bildirilib ki, gözə görünməyən məhdudiyyətlərə demensiya, Altsheymer, autizm və s. daxildir.
Hava limanında bu cür sənəd təqdim edən sərnişinlərə gizli əlilliyin beynəlxalq simvolu olan sarı günəbaxan naxışlı müvafiq lanyard veriləcək.
Lanyard Heydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyi, qeydiyyat, habelə sərhəd və gömrük xidmətləri əməkdaşlarına görünməz əlilliyi olan sərnişinləri müəyyənləşdirməyə kömək edəcək.
Bizim.Media