Xilasedicilərimiz Kahramanmaraşda çadır ŞƏHƏRCİYİ QURUB 

Hazırda oxunan: Xilasedicilərimiz Kahramanmaraşda çadır ŞƏHƏRCİYİ QURUB 

120608

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkənlər üçün müvəqqəti çadırlar qurub.

Bizim.Media xəbər verir ki, xilasedicilərimiz Azərbaycandan göndərilən çadırları şəhərin Doğukənd məhəlləsində qurulmasını artıq yekunlaşdırıblar.

130-dan çox çadırdan ibarət olan şəhərciyə artıq zərərçəkmişlər köçürülür. Yerli aidiyyəti orqanlar çadırları sakinlərə təhvil verməyə başlayıb.

Xatırladaq ki, xilasedicilərimiz Kahramanmaraşda dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin