Yardım üçün Türkiyəyə gedən azərbaycanlı bloqer: “Göz yaşlarımızı saxlaya bilmirdik” - FOTO

Hazırda oxunan: Yardım üçün Türkiyəyə gedən azərbaycanlı bloqer: “Göz yaşlarımızı saxlaya bilmirdik” - FOTO

120563

“Son bir neçə gün həyatımın ən çətin günləri oldu”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer Hüseyn Həsənov sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

Yardım üçün Türkiyənin zəlzələ bölgələrinə yollanan Həsənov orada gördüklərindən kədərləndiyini bu sözlərlə ifadə edib: 

“Öz gözlərimizlə bu vəziyyəti görüb, tüklərimiz biz-biz olub, göz yaşlarımızı saxlaya bilmirdik. Burada olmaq onsuz da çox çətindir, çünki hər hekayəni öz içindən keçirirsən. Gecələr yatmadıq, çox danışdıq, təəssüratlarımızı bölüşdük və ayaqda durmaq üçün özümüzü saxlayıb bu günləri yaşamağa çalışdıq. Çətin idi. Gözlərinizi yumursunuz və qarşınızda dağıdılmış evlərin, həyatların şəkilləri var... Uzun müddət bu səfəri və bu insanların nələrə dözdüyünü xatırlayacağam. Ancaq bura gəldiyim üçün bir an belə peşman olmadım: bacardığımız qədər köməklik etdik. Kiməsə yemək, kimisə paltar və əşyalar. Amma çoxunun dəstəyə, sözə, əl sıxmağa ehtiyacı var. Həyatımdakı bir çox şeyi yenidən düşünərək buradan ayrılıram. Sevdiklərinizin yanında olan hər anın qədrini bilin, onlar əbədi olaraq sizinlə deyillər”. 

Rəşad Əliyev, Bizim.Media




















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin