Türkiyədə baş verən dəhşətli zəlzələnin nəticələrinin arardan qaldırılması məqsədi ilə Ermənistanın yardım göndərməsi çoxlarını təəccübləndirdi. Çünki, haylar üçün insanlığın faciəsi heç zaman dəyər olmayıb. Tarix boyu insanlığın faciəsinə və dövlətlərin düşdüyü çətin vəziyyətə haylar öz çirkin maraqlarından baxıblar. Təsadüfi deyil ki, ötən həftə Türkiyəyə göndərilən yardımın da çirkin məqsədlər üçün edildiyi qısa zamanda ortaya çıxdı. Bu çirkinliyi ifşa edənsə elə hayların özü oldu.
Bizim.Media xəbər verir ki, ötən gün Ermənistanda Alternativ Layihələr Qrupunun üzvü Vaqe Ovannisyan məsələ barədə kəskin fikir bildirib.
O qeyd edib ki, Türkiyəyə yardım göndərib diplomatiya nümayiş etdirməklə, özünü PR etmək tamam fərqli şeylərdir:
“Bu, bir halda humanizm, digər halda isə cəhalətdir. Bir halda, bu, nəcib bir addım, digərində ləyaqətsiz davranışdır. Əslində Türkiyəyə yardım göndərilməsi dövlətlərarası münasibətlərdə müəyyən rol oynaya bilərdi, amma vulqar əyalət piarı olmasaydı. Nikolun komandası yardımı reklama çevirməklə hər şeyi məhv etdi”.
Vaqe Ovannisyan daha sonra deyib ki, Paşinyan hökümətinin humanitar yardımı özünün siyasi PR-na çevirməyə çalışsa da bu o qədər də uğurlu alınmayıb:
“Çünki, Türkiyə bu hiyləni başa düşdü və səliqəli şəkildə bundan istifadə etdi. Bizim cəmiyyət isə təbii ki, yenə nəyin doğru, nəyin yanlış olduğuna qərar verə bilmədi. Çünki xalqımız yolunu itirib və nəinki öz fikrini formalaşdıra, hətta inciyə də bilmir”.
Əslində bu iradın ünvanı təkcə Paşinyan deyil. Vaqe Ovannisyanın iradı bütövlükdə haylara ünvanlanmalıdır. Çünki, istənilən ekstremal vəziyyətdə hay haylığını bildirir, əsl sifətini biruzə verir. Ötən həftə hayların atdığı xırda addımı da insanlıq naminə deyil, siyasi məqsədlər üçün edildiyi anındaca üzə çıxdı. Maraqlısı da odur ki, Paşinyanı bizlər yox. elə öz hayları ifşa etdi.
Halbuki, Türkiyədə baş verən dəhşətli zəlzələ əslində insanlığın faciəsidir. Ona görə bütün dünya zəlzələ bölgəsinə nə iləsə yardım etməyə çalışır. Çox təəssüf ki, bu insanlıq faciəsindən Paşinyan kimlər özünün siyasi reputasiyası üçün istifadə etməyə səy göstərir. Amma, həmişəki kimi yenə də haylar “qaş düzəltdikləri yerdə vurub gözü də çıxartdılar”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Region
15:00 / 15.02.2023
Paşinyanın ZƏLZƏLƏ DİPLOMATİYASI - “Türkiyə onun hiyləsini başa düşdü”
Hazırda oxunan: Paşinyanın ZƏLZƏLƏ DİPLOMATİYASI - “Türkiyə onun hiyləsini başa düşdü”
Hazırda oxunan: Paşinyanın ZƏLZƏLƏ DİPLOMATİYASI - “Türkiyə onun hiyləsini başa düşdü”
120559
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.