Hatayın Antakya rayonunda baş verən zəlzələnin 209-cu saatında ata və qızı dağıntılar altından sağ çıxarılıb.
Bizim.Media "cumhuriyyet.com"a istinadən xəbər verir ki, Kocaeli Böyükşəhər Bələdiyyəsinin axtarış-xilasetmə qrupu dağıntılar altında olan ata və qızı xilas edə biliblər.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə güclü zəlzələ olub. Zəlzələ ölkənin 10 vilayətində böyük dağıntılara səbəb olub.
Bizim.Media