ABŞ Ukrayna ilə müqavilə imzaladı - 522 milyon dollarlıq sursat göndərəcək

Hazırda oxunan: ABŞ Ukrayna ilə müqavilə imzaladı - 522 milyon dollarlıq sursat göndərəcək

120527

ABŞ-ın iki şirkəti Ukrayna ilə 522 milyon dollarlıq müqavilə imzalayıb. Məqsəd Silahlı Qüvvələri üçün artilleriya sursatlarını istehsal etməkdir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı UNIAN agentliyi yayıb.

Mənbə yazır ki, müqavilə “Northrop Grumman Systems” və “Global Military Products” şirkətləri ilə imzalanıb.

Məlumata görə, rəsmi Vaşinqton uyğun qərarı Ukraynanın artilleriya mərmilərinin qısa zamanda tükənəcəyi fonunda qəbul edib.

ABŞ mart ayında Ukraynaya yeni müqavilə ilə sursat çatdırmağı planlaşdırır. Müqavilələr Pentaqonun Ukraynanın təhlükəsizliyini qorumaq təşəbbüsü çərçivəsində bağlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin