Tünzalənin həyat yoldaşı: “Yaxşı ki, məni seçmişdin” - FOTO

Hazırda oxunan: Tünzalənin həyat yoldaşı: “Yaxşı ki, məni seçmişdin” - FOTO

120515

“Bir neçə il əvvəl, birinə sual verdilər ki, sevgini bir kəlimə ilə ifadə edə bilərsiniz? Sevgi sizin üçün nədir? Biz o zaman 7 il idi ki, ailə qurmuşduq. Mən Tünüşə (mərhum həyat yoldaşı Tünzalə Əliyeva) dedim ki, mən bu 7 ildə hələ də sevgimi sənə tam ifadə edə bilmirəm, bu insanlar necə olur ki, bir kəlmə ilə ifadə etməyə çalışır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal aktrisanın sosial şəbəkə hesabında paylaşıb. 

Röyal Tünzalə ilə evliliklərinin 11 illiyindən danışaraq, ona olan əbədi sevgisini sözlərlə ifadə edib:  

“Artıq 11 il oldu və mən yenə də sevgimi bu illər ərzində gecə-gündüz danışsam da yenə də ifadə edə bilmərəm. İllər az gələr! 

Və indidən keçən hər il üçün də bu davam edəcək, niyə bunu yaziram səhifəyə? Bir var özünlə, bir də var kütlə ilə danışmaq. Bu, daha çox rahatladır insanı. 

Doğum günün mübarək olsun, nur üzlü həyat yoldaşım, yaxşı ki doguldun, yaxşı ki məni seçdin. Rəbbimə and olsun ki, səni mənə yazdı”. 

Qeyd edək ki, Tünzalə Əliyeva yanvarın 22-də uzun sürən xərçəng xəstəliyindən Milli Onkoloji Mərkəzində dünyasını dəyişib. Aktrisa yanvarın 23-də Qurd Qapısı məzarlığında dəfn edilib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin