“Əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraşda baş vermiş zəlzələdən zərər çəkmiş insanların sığınacağı üçün NATO-nun Türkiyəyə göndərəcəyi konteynerin daşınması üçün hazırlıq işləri görülür.
Bizim.Media xəbər verir ki, NATO-nun Neapoldakı Birləşmiş Qüvvələr Komandanlığından verilən açıqlamaya görə, ən azı 1000 konteynerdən ibarət olacaq və zəlzələdən zərərçəkənlərə sığınacaq verəcək obyektlərin göndərilməsi üçün hazırlıqlar bir müddət əvvəl başlayıb.
İtaliyanın Taranto şəhərində yerləşən NATO Cənub Əməliyyatlar Mərkəzinin anbarlarda saxlanılan konteynerlər çıxarılaraq daşınması üçün hazır vəziyyətə gətirilib.
Neapoldakı Birləşmiş Qüvvələr Komandanlığının koordinasiya etdiyi nəqliyyat səyləri çərçivəsində konteynerlərin ilk hissəsi gələn həftə daşınacaq.
Bu konteynerlərdən ən azı iki minədək insanın istifadə edəcəyi gözlənilir.
Konteynerlərdə NATO-ya məxsus istilik vasitələri, generatorlar və müalicə ləvazimatları da mövcuddur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:02 / 15.02.2023
NATO Türkiyəyə yardım məqsədilə 1000 konteyner göndərəcək
Hazırda oxunan: NATO Türkiyəyə yardım məqsədilə 1000 konteyner göndərəcək
Hazırda oxunan: NATO Türkiyəyə yardım məqsədilə 1000 konteyner göndərəcək
120510
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.